Arda və Mehmet Topal Bosniya yığması ilə oyunu buraxacaqlar
04.10.2008 - 11:38
Arda və Mehmet Topal Bosniya yığması ilə oyunu buraxacaqlar
Bakı - APA-Sport. “Qalatasaray”ın futbolçuları Arda Turan və Mehmet Topal ciddi zədələniblər. “APA-Sport”un məlumatına görə, hər iki oyunçu oktyabrın 2-də UEFA kuboku uğrunda yarışda İsveçrənin “Bellinzona” komandasına qarşı matçda sıradan çıxıblar.

Tibbi müayinə zamanı “Cim Bom”un üzvlərinin müəyyən müddət yaşıl meydanlardan kənarda qalacaqları məlum olub. Belə ki, Arda 2-3, Mehmet Toral isə 4 həftə futbol oynaya bilməyəcək. Bu isə o deməkdir ki, adıçəkilənlər sabah Türkiyə Superliqası çərçivəsində “Bursaspor”la görüşdə forma geyinə bilməyəcəklər.
Bundan başqa, yığmanın baş məşqçisi Fatih Terim də Arda və Mehmet Topalın xidmətindən yararlanmaqdan məhrum olub. “Qalatasaray”ın hər iki futbolçusu zədə ucbatından Türkiyə milli komandasının oktyabrın 11-də Bosniya, bundan 4 gün sonra isə Estoniya ilə matçlarına çağırılmayacaqlar.
0