Türkiyədə Nihat şoku
04.10.2008 - 12:01
Bakı - APA-Sport. Futbol üzrə Türkiyə yığması dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçirəcəyi Bosniya və Hersoqovina və Estoniya ilə oyunlarda Nihat Kahvecinin xidmətindən yararlana bilməyəcək. “APA-Sport”un məlumatına görə, buna hücumçunun yenidən zədələnməsi səbəb olub.
“Vilyareal”ın üzvü İspaniya çempionatında “Xixon”a qarşı görüşdə sağ ayağının topuq nahiyəsindən zədə alaraq, meydanı tərk etmişdi. Həkim müayinəsindən sonra Nihatın 6 həftə komandasına kömək edə bilməyəcəyi aydınlaşıb.

- Ruslan Qurbanov: "Futbolda oynaya bilməyəcəyimiz rəqib yoxdur"
- Yon Dal Tomasson: "2-3 futbolçunun fiziki durumu ilə bağlı problemi var"
- "Sumqayıt"ın sabiq baş məşqçisi komandasından ayrılıb
- Premyer Liqa klubunun futbolçusu irqçilikdə günahlandırılıb
- Futbol tarixinin ən yaxşı milli komandaları açıqlanıb
0
0