Ponomaryov siftə elədi
06.10.2008 - 09:33
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan yığmasının futbolçusu Anatoli Ponomaryov yeni komandasında qol hesabını açıb. “APA-Sport”un məlumatına görə, İsveçin “Degerfors” klubunun şərəfini qoruyan 26 yaşlı yarımmüdafiəçi “Haken”lə görüşün 11-ci dəqiqəsində fərqlənib.
Lakin ölkə çempionatının birinci dəstəsində keçirilən 27-ci turun qarşılaşmasında Ponomaryovun komandası qələbə qazana bilməyib. Qonaqlar matçın son 4 dəqiqəsində iki qol vuraraq “Degerfors”u xalsız qoyublar. Komandada 10-cu matçına çıxan Anatoli görüşün 43-cü dəqiqəsində əvəzlənib. Bu məğlubiyyətdən sonra hesabında 21 xal olan “Degerfors” turnir cədvəlinin son pilləsində qalıb.

- Ruslan Qurbanov: "Futbolda oynaya bilməyəcəyimiz rəqib yoxdur"
- Yon Dal Tomasson: "2-3 futbolçunun fiziki durumu ilə bağlı problemi var"
- "Sumqayıt"ın sabiq baş məşqçisi komandasından ayrılıb
- Premyer Liqa klubunun futbolçusu irqçilikdə günahlandırılıb
- Futbol tarixinin ən yaxşı milli komandaları açıqlanıb
0
0