“Xəzər-Lənkəran” vahid liderə çevrildi
06.10.2008 - 10:58
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan Premyer Liqasının VII turu lider dəyişikliyi ilə əlamətdar oldu. “APA-Sport”un məlumatına görə, “Simurq” doğma Zaqatalada keçirdiyi ilk oyunda “Karvan”ı məğlub etdi. Nəticədə “Xəzər-Lənkəran”ın vahid liderliyinə şərait yarandı. Lənkəranlılara bu dəfə də qələbəni İvan Svetkov qazandırdı. Bolqar hücumçu yeni klubunda forma geyindiyi hər dörd oyunda fərqlənib. Maraqlıdır ki, “Xəzər-Lənkəran”ın “Şəfa”da keçirdiyi son üç turda qollarının hamısının müəllifi Svetkov olub.
“Karvan”ın məğlubiyyəti komandanı hətta ilk “üçlük”dən kənarda qoydu. İkinci pilləyə isə “Olimpik” üzərində əzmkar qələbə qazanan “Bakı” sahib çıxdı. Hacievskinin yetirmələri turnir cədvəlində “Simurq”u topların daha yaxşı fərqinə, “Karvan” isə “İnter”i qələbələrin sayına görə qabaqlayır. “Simurq”dan fərqli, Salyanın NBC klubu öz meydanında keçirdiyi ilk oyunda uduzması ilə yadda qalıb.
“Neftçi”nin ayyarımlıq fasilədən sonra qələbə qazandı. Özü də böyük hesablı. Bu, almaniyalı mütəxəssis Hans-Yurgen Gedenin “flaqman”ın baş məşqçisi kimi qazandığı ilk qələbə kimi tarixə düşüb. “Neftçi” sonuncu dəfə çempionatda böyük hesablı qələbəni bir il əvvəl, öz meydanında “Masallı”nı (4:0) üzərində qazanıb. Həmin vaxt komandanı çexiyalı mütəxəssis Vlastimil Petrjela çalışdırırdı.
Qeyd edək ki, Gedenin “Neftçi”nin sükanı arxasında əvəzlədiyi ukraynalı həmkarı Anatoli Demyanenko Premyer Liqada böyük hesablı qələbəyə həsrət qaldı. 49 yaşlı ukraynalı mütəxəssis işlədiyi 8 ayda yeganə böyük hesablı qələbəsi ölkə kubokunun 1/4 final mərhələsində “Standard”ı məğlub etdiyi görüş olub (4:1).
4 oktyabr
"Standard" - "Xəzər-Lənkəran" - 0:1
İvan Svetkov, 68
"Bakı" - "Olimpik" - 3:1
Amiran Muciri, 41-pen, Əhməd Ticani, 65, Fabio Luis Ramim, 87 – Sergey Laşenkov, 14-pen
NBC - "İnter" - 1:2
Zeynal Zeynalov, 80-pen – Andaveris Avqusto, 64, Andrey Rubin, 70
"Turan" - "Qarabağ" – 0:1
Artim Şakiri, 53
5 oktyabr
"Qəbələ" - "Bakılı" – 3:0
Asen Nikolov, 27-pen, Samir Zərgərov, 57, Fərzad Hatəmi, 90+2
"Simurq" - "Karvan" – 2:0
Tural Cəlilov, 3, 24
MOİK - "Neftçi" – 0:5
Əli Cansun, 45+2, Dmitri Kruqlov, 47, Joze Karlos, 67, Araz Abdullayev, 85, Elmar Baxşıyev, 90+2
Bombardirlər: İvan Svetkov (“Xəzər-Lənkəran”) – 8, Valter Quqlemon (“İnter”) – 4.
Qeyd edək ki, milli komandamızın oyunları ilə əlaqədar Premyer Liqada iki həftəlik fasilə yaranıb. Növbəti turun oyunları oktyabrın 18-19-da keçiriləcək: “Qarabağ” – NBC, “Karvan” – “Turan”, “Olimpik” – “Qəbələ”, “Bakı” – “Standard”, “Xəzər-Lənkəran” – “Neftçi”, “İnter” – MOİK, “Bakılı” – “Simurq”.

| komandalar | O | Q | H | M | T | X |
1 | Xəzər-Lənkəran | 7 | 6 | 0 | 1 | 16-3 | 18 |
2 | Bakı | 7 | 5 | 1 | 1 | 14-4 | 16 |
3 | Simurq | 7 | 5 | 1 | 1 | 10-4 | 16 |
4 | Karvan | 7 | 5 | 0 | 2 | 11-5 | 15 |
5 | İnter | 7 | 4 | 3 | 0 | 12-3 | 15 |
6 | Qarabağ | 7 | 3 | 1 | 3 | 7-9 | 10 |
7 | Qəbələ | 7 | 3 | 1 | 3 | 13-7 | 10 |
8 | Neftçi | 7 | 2 | 3 | 2 | 6-2 | 9 |
9 | Olimpik | 7 | 2 | 3 | 2 | 6-7 | 9 |
10 | Standard | 7 | 2 | 2 | 3 | 5-9 | 8 |
11 | NBC | 6 | 1 | 1 | 4 | 5-10 | 4 |
12 | MOİK | 6 | 1 | 0 | 5 | 2-14 | 3 |
13 | Turan | 7 | 0 | 1 | 6 | 1-15 | 1 |
14 | Bakılı | 7 | 0 | 1 | 6 | 4-20 | 1 |
Bombardirlər: İvan Svetkov (“Xəzər-Lənkəran”) – 8, Valter Quqlemon (“İnter”) – 4.
Qeyd edək ki, milli komandamızın oyunları ilə əlaqədar Premyer Liqada iki həftəlik fasilə yaranıb. Növbəti turun oyunları oktyabrın 18-19-da keçiriləcək: “Qarabağ” – NBC, “Karvan” – “Turan”, “Olimpik” – “Qəbələ”, “Bakı” – “Standard”, “Xəzər-Lənkəran” – “Neftçi”, “İnter” – MOİK, “Bakılı” – “Simurq”.
- Ruslan Qurbanov: "Futbolda oynaya bilməyəcəyimiz rəqib yoxdur"
- Yon Dal Tomasson: "2-3 futbolçunun fiziki durumu ilə bağlı problemi var"
- "Sumqayıt"ın sabiq baş məşqçisi komandasından ayrılıb
- Premyer Liqa klubunun futbolçusu irqçilikdə günahlandırılıb
- Futbol tarixinin ən yaxşı milli komandaları açıqlanıb
0
0