Yubiley qolunu Ticani vurdu
06.10.2008 - 11:05
Yubiley qolunu Ticani vurdu
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Bakı”nın nigeriyalı futbolçusu Əhməd Ticani Azərbaycan Premyer Liqasının yubiley qolunu vurub. “APA-Sport”un məlumatına görə, mövsümün 100-cü qolu 7-ci turun “Bakı” - “Olimpik” qarşılaşmasına təsadüf edib.

21 yaşlı hücumçu yubiley topunu matçın 65-ci dəqiqəsində rəqib qapısından keçirib. İlk 6 turda 93 qol vurulduğundan 7-ci turun 7-ci qolu yubiley olacaqdı ki, buna da nigeriyalı imza atıb.

Qeyd edək ki, cari mövsümün ilk qolunu “Qəbələ” - NBC oyununun 4-cü dəqiqəsində Kənan Kərimov vurmuşdu.


0