“Fənərbaxça” və “Beşiktaş” Stanislav Çerçesovla maraqlanır
06.10.2008 - 11:31
Bakı. Mehman Süleymanov - APA-Sport. Moskvanın “Spartak” klubunun sabiq çalışdırıcısı Stanislav Çerçesov məşqçilik fəaliyyətini Türkiyədə davam etdirə bilər. “APA-Sport”un məlumatına görə, 45 yaşlı rusiyalı çalışdırıcı “Fənərbaxça” və “Beşiktaş” klublarının maraq dairəsindədir. Belə ki, hər iki İstanbul təmsilçisində baş məşqçi ilə bağlı ciddi problem var.
Çempionlar Liqasının qrup mərhələsində iki turdan sonra axırıncı pillədə qərarlaşan, Türkiyə Superliqasında isə 12-ci yeri tutan “Fənərbaxça”nın rəhbərliyi Luis Araqonesdən narazıdır. Ukraynanın “Metallist” klubuna məğlubiyyət nəticəsində UEFA kubokunda mübarizəni dayandıran “Beşiktaş”ın baş məşqçisi Ərtoğrul Sağlamın isə istefa verdiyi, ancaq bunun hələ qəbul olunmadığı bildirilir. Hər halda, rəsmi şəxslər Sağlama əvəzləyici axtarırlar. “Fənərbaxça” və “Beşiktaş”ın baş məşqçi postuna ən real namizədlər arasında Çerçesovun da adı yer alıb.

- Ruslan Qurbanov: "Futbolda oynaya bilməyəcəyimiz rəqib yoxdur"
- Yon Dal Tomasson: "2-3 futbolçunun fiziki durumu ilə bağlı problemi var"
- "Sumqayıt"ın sabiq baş məşqçisi komandasından ayrılıb
- Premyer Liqa klubunun futbolçusu irqçilikdə günahlandırılıb
- Futbol tarixinin ən yaxşı milli komandaları açıqlanıb
0
0