“Olimpik” 525 gündən sonra 3 qol buraxıb
06.10.2008 - 11:43
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan Premyer Liqasının 7-ci turunda “Olumpik”in il yarımlıq seriyası qırılıb. “APA-Sport”un məlumatına görə, “Bakı” ilə matçda qapısından 3 top buraxan Əsgər Abdullayevin yetirmələri nə cari, nə də ötən mövsüm bu qədər qola üzülməmişdi.
“Olimpik”i 3 dəfə mərkəzdən başlamağa məcbur edən sonuncu komanda “Xəzər-Lənkəran” olub. 2006/07 mövsümünün qalibi olan cənublular həmin çempionatda paytaxt təmsilçisini 3:2 hesabı ilə məğlub etmişdilər. 2007-ci il aprelin 27-də baş tutan qarşılaşmadan sonra 525 gün ərzində bir oyuna 3 top buraxmayan “Olimpik”i bu dəfə “Bakı” məyus etdi - 1:3.

- Ruslan Qurbanov: "Futbolda oynaya bilməyəcəyimiz rəqib yoxdur"
- Yon Dal Tomasson: "2-3 futbolçunun fiziki durumu ilə bağlı problemi var"
- "Sumqayıt"ın sabiq baş məşqçisi komandasından ayrılıb
- Premyer Liqa klubunun futbolçusu irqçilikdə günahlandırılıb
- Futbol tarixinin ən yaxşı milli komandaları açıqlanıb
0
0