Karadəniz yorğunluqdan bezib
06.10.2008 - 11:52
Karadəniz yorğunluqdan bezib
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Rusiyanın “Rubin” klubunun futbolçusu Gökdəniz Karadəniz yorulub. “APA-Sport”un məlumatına görə, Türkiyə milli komandasının yarımmüdafiəçisi son iki il yarım ərzində istirahət edə bilməməsindən narazıdır.

28 yaşlı futbolçu Rusiya çempionatında hesabat turunu buraxmasına səbəb olan zədəni də yorğunluqla izah edir: “Neçə vaxtdır normal istirahət edə bilmirəm. Klub, yığma, yenə klub... Son iki il yarımda fasiləsiz 150-yə yaxın oyun keçirmişəm. Artıq yorulmuşam, oynamaq çətindir”.
0