Əli Cansun “Neftçi”nin xilaskarı rolunda
06.10.2008 - 12:10
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “Neftçi” klubu uzun fasilədən sonra Azərbaycan Premyer Liqasında növbəti dəfə fərqlənib. “APA-Sport”un məlumatına görə, hesabat turunda MOİK-lə oyunadək “flaqman” cari mövsümdə yeganə qolunu 3-cü turda “Qəbələ” ilə görüşdə vurmuşdu.
Həmin matçdan sonra ardıcıl 3 qarşılaşmada meydançanı qolsuz tərk edən “Neftçi”nin futbolçuları yeni baş məşqçi Hans Yurgen Gedenin rəhbərliyi altında da fərqlənməmişdilər. Qəbələdəki oyunun 39-cu dəqiqəsində toru silkələyən Oleq Gerasimyukun qolundan sonra belə sevincə həsrət qalan “Neftçi”nin azarkeşlərini MOİK-lə matçda hesabı açan Əli Cansun sevindirdi. Cari mövsümdə paytaxt futbolçularının vurduqları birinci və ikinci qol arasında 366 dəqiqəlik fasilə olub.
“Flaqman” Cansunun qolu sayəsində bu ilə təsadüf edən daha pis nəticəsini təkrarlamaqdan xilas olub. Belə ki, Gerasimyuk “Qəbələ” ilə matçda fərqlənərək, qolsuz seriyaya son qoymuşdu. Ötən mövsümün axırlarında “Karvan”ı Georgi Adamiyanın qolu ilə 1:0 üstələyən “Neftçi” növbəti matçlarda “Xəzər-Lənkəran” və “Qarabağ”ın qapısına yol tapa bilməmiş, ABN-ə qarşı görüş isə baş tutmamışdı. Bu mövsümün ilk iki oyununda “Standard”la “Bakı”nı məyus etməyi bacarmayan “flaqman” Qəbələdə 436 dəqiqəlik seriyanı qırıb yenisinə başlamışdı.

- Ruslan Qurbanov: "Futbolda oynaya bilməyəcəyimiz rəqib yoxdur"
- Yon Dal Tomasson: "2-3 futbolçunun fiziki durumu ilə bağlı problemi var"
- "Sumqayıt"ın sabiq baş məşqçisi komandasından ayrılıb
- Premyer Liqa klubunun futbolçusu irqçilikdə günahlandırılıb
- Futbol tarixinin ən yaxşı milli komandaları açıqlanıb
0
0