Bəhreynin iki futbolçusunu hesabdan sildilər
06.10.2008 - 13:03
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Asiya Futbol Konfederasiyası 2008-ci il üçün qitənin ən yaxşı oyunçusu adına namizədlərin siyahısına düzəlişlər edib. “APA-Sport”un məlumatına görə, ilkin siyahıda yer alan Bəhreyn milli komandasının iki futbolçusu “hesab”dan silinib.
Belə ki, yığmanın aparıcı üzvləri Camal Rəşidlə Əla Hübeyl namizəd siyahısında yerini qoruya bilməyib. Hazırda Asiyanın ən yaxşı futbolçusu adını qazanmağa 19 namizəd var. Mükafatın qalibi noyabrın 25-də Çinin Şanxay şəhərində keçiriləcək tədbirdə müəyyənləşəcək.
Qeyd edək ki, Bəhreyn Azərbaycan milli komandasının yoldaşlıq görüşlərindəki növbəti rəqibidir. Asiyalılarla oyun oktyabrın 15-i Manama şəhərinə təyin olunub.

- Ruslan Qurbanov: "Futbolda oynaya bilməyəcəyimiz rəqib yoxdur"
- Yon Dal Tomasson: "2-3 futbolçunun fiziki durumu ilə bağlı problemi var"
- "Sumqayıt"ın sabiq baş məşqçisi komandasından ayrılıb
- Premyer Liqa klubunun futbolçusu irqçilikdə günahlandırılıb
- Futbol tarixinin ən yaxşı milli komandaları açıqlanıb
0
0