“Komandanın çıxışı faciədir”
06.10.2008 - 15:08
“Komandanın çıxışı faciədir”
Bakı - APA-Sport. “Fənərbaxça”nın əfsanəvi sabiq prezidenti Əli Şən vaxtilə rəhbərlik etdiyi klubun çıxışından şoka düşüb. “APA-Sport”un məlumatına görə, o, İstanbul təmsilçisinin uğursuzluğuna izah tapmaqda çətinlik çəkib: “İndiki halda hər hansı açıqlama vermək yanlış olar. Həddindən artıq üzgünəm. Komandanın çıxışının yeganə təyini faciədir”.

Qeyd edək ki, Türkiyənin ən titullu ikinci komandası olan “Fənərbaxça” Superliqada keçirdiyi 6 oyunda cəmi 2 qələbə qazanıb və 4 görüşdə uduzub. “Sarı-lacivərdlilər” Çempionlar Liqasının qrup mərhələsinin ilk iki turunda qələbə qazanmağı bacarmayıb.
0