“Simurq”: həmişə evdə-eşikdə!
06.10.2008 - 15:17
“Simurq”: həmişə evdə-eşikdə!
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan Premyer Liqasının 7-ci turu Zaqatalanın “Simurq” klubu üçün əlamətdar olub. “APA-Sport”un məlumatına görə, Roman Pokoranın yetirmələri tarixində ilk dəfə rəqibini doğma meydanda qəbul ediblər. Bu qarşılaşma “Simurq” üçün həm də 50-ci ev oyunu kimi tarixə düşüb.

“Simurq” 3 illik tarixi ərzində Şəkiyə, daha sonra Qaxa “sığınıb”. Öncə Şəkidə oynayan zaqatalalılar 2005/06 mövsümündə (birinci dəstə) ilk dövrənin ardından Qaxa köçüblər. Növbəti köç isə iki il yarımdan sonra baş tutub. Bu dəfə onlar doğma rayona gəliblər.

Qeyd edək ki, Zaqatala təmsilçisi doğma şəhərdə keçirdiyi ilk matçda “Karvan” üzərində 2:0 hesablı qələbə qazanıb. Ancaq “Simurq” Qax dönəmini məğlubiyyətlə başlayıb, məğlubiyyətlə də bitirmişdi.

Şəhər

O

Q

H

M

T

X

Şəki

8

6

2

0

17-2

20

çempionat

7

6

1

0

16-1

19

kubok

1

0

1

0

1-1

1

Qax

41

22

10

9

80-23

76

çempionat

36

18

9

9

67-20

63

kubok

5

4

1

0

13-3

13

0