Hiddinkin xələfi müəyyənləşib
06.10.2008 - 15:31
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan futbol yığmasının 2010-cu il dünya çempionatının seçmə qrup mərhələsində əsas rəqiblərindən olan Rusiya milli komandasında baş məşqçi dəyişikliyi ola bilər. “APA-Sport”un məlumatına görə, yığmanın hazırkı çalışdırıcısı Qus Hiddinkin tutduğu vəzifədən azad olunmaq ehtimalı yaranıb.
Rusiya Futbol İttifaqı ilə 2010-cu ilin yayınadək müqaviləsi olan hollandiyalı mütəxəssis vəzifədən ayrılacağı təqdirdə, xələfinin adını açıqlayıb. Bunu jurnalistlərə ittifaqın vitse-prezidenti Sergey Kapkov deyib: “Hiddink işini dəyişərək, uşaq futbolunda çalışacağı halda, yığma Aleksandr Borodyuka tapşırılacaq. Hollandiyalı özü Borodyuku milli komandanı çalışdıra biləcək mütəxəssis sayır”.
Qeyd edək ki, 46 yaşlı Borodyuk Hiddinkin Rusiya yığmasına gəlişinədək baş məşqçi vəzifəsini icra edib.

- Ruslan Qurbanov: "Futbolda oynaya bilməyəcəyimiz rəqib yoxdur"
- Yon Dal Tomasson: "2-3 futbolçunun fiziki durumu ilə bağlı problemi var"
- "Sumqayıt"ın sabiq baş məşqçisi komandasından ayrılıb
- Premyer Liqa klubunun futbolçusu irqçilikdə günahlandırılıb
- Futbol tarixinin ən yaxşı milli komandaları açıqlanıb
0
0