“Siftə”lərlə dolu tur
06.10.2008 - 16:02
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan Premyer Liqasının son turunda qol vuran futbolçuların əksəriyyəti ilk dəfə fərqləniblər. “APA-Sport”un məlumatına görə, türkiyəli Əli Cansun (“Neftçi”), moldovalı Sergey Laşenkov (“Olimpik”) və latviyalı Andrey Rubin (“İnter”) ölkəmizdə ilk qollarına məhz VII turda imza atıblar. Vaxtilə “Beşiktaş”ın şərəfini qorumuş Cansun yığmalarda oynayan iki həmkarından fərqli, debütünü qolla qeyd edib.
“Neftçi”nin braziliyalı hücumçusu Joze Karlos isə Premyer Liqada qol hesabını açıb. 20 yaşlı futbolçu “flaqman”ın heyətində çıxış etdiyi 9 ayda yeganə qolunu ötən mövsüm ölkə kubokunda “Standard”a vurub. Maraqlıdır ki, Karlos həmin vaxt da “Şəfa” stadionunda fərqlənmişdi. Jozeyə Azərbaycan çempionatında ilk qolunu vurmaq üçün 14 oyun lazım olub.
Son turda fərqlənən əcnəbi hücumçulardan bolqar İvan Svetkovla (“Xəzər-Lənkəran”) boliviyalı Andaveris Avqusto (“İnter”) qol seriyasını davam etdirdiyi halda, bəziləri yeni klublarında qol hesabını açıblar. Bunlar Zeynal Zeynalov (NBC), Araz Abdullayev, Elmar Baxşıyev (hər ikisi “Neftçi”) və Asen Nikolovdur (“Qəbələ”). Ölkəmizdə bunadək “Turan” və “Bakı”nın formasının geyinmiş 32 yaşlı Asen sonuncu dəfə üç il öncə rəqib qapılarına yol tapmışdı. Bu, bolqar yarımmüdafiəçinin Tovuz klubunda oynadığı dövrə təsadüf edir.
Berti Foqtsun milli komandamıza cəlb etdiyi 17 yaşlı Araz Abdullayev isə Premyer Liqada ilk matçında qol vurmaqla tarixə düşüb. Zədə səbəbindən yığmadan kənarda qalan braziliyalı Fabio Luis Ramim son turda “Bakı”nın heyətində keçmiş komandası “Olimpik”i cəzalandırmaqla diqqət çəkib. Hesabat turunda “dubl” edən yeganə futbolçu Tural Cəlilov isə “Simurq”la Zaqatala arenasının tarixinə düşüb. Belə ki, 22 yaşlı yarımmüdafiəçi Zaqatala Olimpiya İdman Kompleksinin stadionunda ilk qol vuran (həm də ilk “dubl” edən) oyunçu olub.
Qeyd edək ki, Premyer Liqanın VII turunda ümumilikdə 18 futbolçu qol vurub.

- Ruslan Qurbanov: "Futbolda oynaya bilməyəcəyimiz rəqib yoxdur"
- Yon Dal Tomasson: "2-3 futbolçunun fiziki durumu ilə bağlı problemi var"
- "Sumqayıt"ın sabiq baş məşqçisi komandasından ayrılıb
- Premyer Liqa klubunun futbolçusu irqçilikdə günahlandırılıb
- Futbol tarixinin ən yaxşı milli komandaları açıqlanıb
0
0