Luçesku: “İş yerimi gələn il dəyişəcəyəm”
06.10.2008 - 16:09
Bakı - APA-Sport. “Nə qədər çox istəsəm də, dekabradək “Şaxtyor”dan ayrıla bilmərəm. Komandanın prezidenti Renat Axmetov məni buraxmaz”. “APA-Sport”un məlumatına görə, bu sözləri Ukraynanın “Şaxtyor” klubunun baş məşqçisi Mirça Luçesku deyib.
Rumıniyalı mütəxəssis bildirib ki, yanvarda iş yerini mütləq dəyişəcək: “Artıq yorulmuşam. 2009-cu ilin yanvarından Donetsk klubunu çalışdırmayacağam”. Türkiyə, Rumıniya və bir çox ölkələrdən təklif aldığını vurğulayan Luçesku daha çox istirahət haqqında düşündüyünü deyib.
Qeyd edək ki, Luçesku Türkiyədəki fəaliyyəti ilə futbol həvəskarlarının daha çox yadında qalıb. O, 2002-ci ildə “Qalatasaray”a, 2004-cü ildə isə “Beşiktaş”a qızıl medal qazandırıb. Hazırda “Beşiktaş” rəhbərliyi onu yenidən komandaya cəlb etmək istəyir.

- Ruslan Qurbanov: "Futbolda oynaya bilməyəcəyimiz rəqib yoxdur"
- Yon Dal Tomasson: "2-3 futbolçunun fiziki durumu ilə bağlı problemi var"
- "Sumqayıt"ın sabiq baş məşqçisi komandasından ayrılıb
- Premyer Liqa klubunun futbolçusu irqçilikdə günahlandırılıb
- Futbol tarixinin ən yaxşı milli komandaları açıqlanıb
0
0