Futbol klubunun prezidenti üzr istədi
06.10.2008 - 17:01
Futbol klubunun prezidenti üzr istədi
Bakı. Mehman Süleymanov - APA-Sport. Madridin “Atletiko” futbol klubunun prezidenti Enriko Sereso İspaniya Primerosunun son turunda səfərdə “Barselona”ya 1:6 hesablı məğlubiyyətə görə azarkeşlərindən üzr istəyib. “APA-Sport”un məlumatına görə, prezident rüsvayçı məğlubiyyətin günahını öz üzərinə götürən komandanın baş məşqçisi Xavyer Aqirreni dəstəkləyib.

Sereso bildirib ki, belə nəticələr zamanı bütün təqsiri baş məşqçidə görmək düzgün deyil: “Hesab etmirəm ki, hər şeydə Aqirre günahkardır. İstənilən halda, biz biabırçı məğlubiyyətlə üzləşdik. Buna görə komandamızın bütün azarkeşlərindən üzr istəyirəm. Fikrimcə, belə hesab yaxın gələcəkdə təkrarlanmayacaq”.
0