Zaur Tağızadə dörd aydan sonra oynayacaq
06.10.2008 - 18:33
Bakı. Mehman Süleymanov - APA-Sport. “Neftçi” futbol komandasının kapitanı Zaur Tağızadə Almaniyada cərrahiyyə əməliyyatı olunub. “APA-Sport”un məlumatına görə, Münhendə dizində əməliyyat aparılan 29 yaşlı yarımmüdafiəçi artıq Bakıya qayıdıb.
Zaur bir aydan sonra bərpa prosesi keçmək üçün yenidən Almaniyaya gedəcək. Bərpa prosesi uğurla alınarsa, Tağızadə dörd aydan sonra komanda ilə birgə məşqlərə başlayacaq. Bu isə futbolçunun cari ildə çıxış etməməsi anlamına gəlir. O, ən yaxşı halda, ikinci dövrədə “Neftçi”yə yardım edə biləcək.
Qeyd edək ki, cari mövsümdə meydana çıxmayan “Neftçi”nin kapitanı bu ilin mayında Türkiyədə qasıq nahiyəsindən əməliyyat olunub.

- Ruslan Qurbanov: "Futbolda oynaya bilməyəcəyimiz rəqib yoxdur"
- Yon Dal Tomasson: "2-3 futbolçunun fiziki durumu ilə bağlı problemi var"
- "Sumqayıt"ın sabiq baş məşqçisi komandasından ayrılıb
- Premyer Liqa klubunun futbolçusu irqçilikdə günahlandırılıb
- Futbol tarixinin ən yaxşı milli komandaları açıqlanıb
0
0