Litmanen qələbədən dəm vurur
07.10.2008 - 10:05
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Qarşıda bizi seçmə mərhələnin iki oyunu gözləyir. Bu matçlardan birində - Azərbaycanla görüşü qələbə ilə başa vurmalıyıq”. “APA-Sport”un məlumatına görə, bu sözləri Finlandiya milli komandasının kapitanı Yari Litmanen deyib. Oktyabrın 11-də Azərbaycan, 15-də Rusiya ilə qarşılaşacaq skandinaviyalıların heyətinə qaytarılan 37 yaşlı futbolçu ikinci oyunu fikirləşdiyini bildirib: “Bir müddət məşq etməklə formamı bərpa etməyə başladım. Bazar günkü qarşılaşmada meydana çıxmaqla özümü oyunda hiss etdim, müəyyən praktika qazandım. Bu yaxınlarda daha çox yükləmə ilə hazırlıq keçəcəyəm. Ən əsası odur ki, durumum daim yaxşılığa doğru gedir. Mən milli komandanın düşərgəsinə inam hissi ilə yollanıram. Azərbaycanı məğlub etdikdən sonra Rusiyaya xal dalınca getmək olar. Son bir həftəni də bu səfər haqda düşünürük”.
- Ruslan Qurbanov: "Futbolda oynaya bilməyəcəyimiz rəqib yoxdur"
- Yon Dal Tomasson: "2-3 futbolçunun fiziki durumu ilə bağlı problemi var"
- "Sumqayıt"ın sabiq baş məşqçisi komandasından ayrılıb
- Premyer Liqa klubunun futbolçusu irqçilikdə günahlandırılıb
- Futbol tarixinin ən yaxşı milli komandaları açıqlanıb
0
0