Türkiyə yığması 6 futbolçusunu itirib
07.10.2008 - 10:07
Türkiyə yığması 6 futbolçusunu itirib
Bakı - APA-Sport. Türkiyə yığması dünya çempionatının seçmə mərhələ oyunları öncəsi ciddi itkilərlə üzləşib. “APA-Sport”un məlumatına görə, Bosniya və Herseqovina və Estoniya ilə görüşləri zədə ucbatından 6 futbolçu buraxmalı olacaq.

Baş məşqçi Fatih Terim tərəfindən düşərgəyə çağırılan Gökhan Gönül, Gökhan Zan, Gökhan Ünal, Gökdəniz Karadəniz, Əmrə Bələzoğlu və Mehmet Topuz heyətdən kənarlaşdırılıblar.

Qeyd edək ki, Türkiyə yığması Bosniya və Herseqovina ilə oktyabrın 11-də İstanbulda, bundan 4 gün sonra isə Tallində Estoniya ilə qarşılaşacaq.
0