Hasan Kabze: “Rubin”də ehtiyatda qalmağa dözmək olar”
07.10.2008 - 10:19
Bakı. Mehman Süleymanov - APA-Sport. “Qalatasaray”dan getməyimə baş məşqçi Feldkamp qərar verdi”. “APA-Sport”un məlumatına görə, bunu Rusiyanın “Rubin” klubunun türkiyəli hücumçusu Hasan Kabze deyib. Ötən il “Qalatasaray”dan Kazan təmsilçisinə keçən 26 yaşlı futbolçu baş məşqçi Qurban Berdıyevin onunla maraqlandığını yüksək qiymətləndirib: “Berdıyevlə görüşümdə onun Türkiyə futbolunu yaxşı bildiyinin, türkləri yaxşı tanıdığının şahidi oldum. Aydın məsələ idi ki, yeni məkanda uyğunlaşma qaçılmaz olacaq. Bununla belə, mənə “Rubin”də Türkiyədən kənarda istənilən klubdan rahatdır. Baş məşqçi mənə etibar edir, komandada isə hücumçu çatışmırdı. Həmin vaxt rəqabət indiki kimi güclü deyildi”.
Rusiyada debütü uğurlu alınan, Moskvanın “Spartak” klubuna qol vuran Kabze tatarların onu necə qəbul etməsindən razılığını ifadə edir. Futbolçu ailəsi – həyat yoldaşı və kiçik qızını Kazana gətirmək fikrindədir: “Ailəmin yanımda olmasını istəyirəm. Fikrimcə, bura onların xoşuna gələcək. Bəyəndiyim Kazan tarixi şəhər olmaqla yanaşı, həm də müasirdir. Burada yaşamaq maraqlıdır. Cari mövsüm mənim üçün çətin alındı. Özümdən heç də həmişə razı deyiləm. Ancaq komanda qələbə qazanır və biz birinci yerdə gedirik. Bunun naminə ehtiyatda qalmağa dözüb, öz saatını gözləmək olar”.
Qeyd edək ki, uzun müddətdir lider olan “Rubin” Rusiyada mövsümün başa çatmasına 6 tur qalmış ən yaxın izləyicisini MOİK-i 7 xal qabaqlayır.

- Ruslan Qurbanov: "Futbolda oynaya bilməyəcəyimiz rəqib yoxdur"
- Yon Dal Tomasson: "2-3 futbolçunun fiziki durumu ilə bağlı problemi var"
- "Sumqayıt"ın sabiq baş məşqçisi komandasından ayrılıb
- Premyer Liqa klubunun futbolçusu irqçilikdə günahlandırılıb
- Futbol tarixinin ən yaxşı milli komandaları açıqlanıb
0
0