Azərbaycan yığmasının oyununu idarə edən hakim özünü öldürmək istəyib
07.10.2008 - 10:36
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Rumıniyalı futbol hakimi Sebastyan Koltesku özünü öldürməyə cəhd edib. “APA-Sport”un məlumatına görə, 31 yaşlı hakim özünü şəxsi evinin balkonundan atmaq istəyib. Amma zamanında yetişən polis Kolteskunu saxlamağa müvəffəq olub. İki ay əvvəl Rumıniya Futbol Federasiyasının hakimlikdən kənarlaşdırdığı Sebastyanın beynəlxalq dərəcəsi də əlindən alınıb.
2006-cı ildən FİFA hakimi olan Koltesku Azərbaycan yığmasının da oyununu idarə edib. Ötən il sentyabrın 11-də gənclərdən ibarət millimizin Xorvatiya ilə görüşündə Koltesku fit çalırdı. U-21-lər arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən həmin qarşılaşmada yığmamız 2:3 hesabı ilə uduzub.

- Ruslan Qurbanov: "Futbolda oynaya bilməyəcəyimiz rəqib yoxdur"
- Yon Dal Tomasson: "2-3 futbolçunun fiziki durumu ilə bağlı problemi var"
- "Sumqayıt"ın sabiq baş məşqçisi komandasından ayrılıb
- Premyer Liqa klubunun futbolçusu irqçilikdə günahlandırılıb
- Futbol tarixinin ən yaxşı milli komandaları açıqlanıb
0
0