Blatter: “UEFA-nın qərarı axmaqlıqdır”
07.10.2008 - 10:43
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bir müddət əvvəl dünya çempionatının final mərhələsində Avropa təmsilçilərinin çoxluğunu bildirən FİFA prezidenti Yozef Blatter UEFA-dan əl çəkmək istəmir. “APA-Sport”un məlumatına görə, Blatter avropalıları axmaqlıqda günahlandırıb. İsveçrəli futbol funksioneri UEFA İcraiyyə Komitəsinin son iclasında baş verənləri düzgün addım saymır: “Avropa çempionatlarının final mərhələsində iştirak edən komandaların sayının 16-dan 24-ə qədər artırılmasına heç sevinmədim. Belə çıxır ki, artıq qitə təmsilçilərinin az qala yarısı final mərhələsində oynayacaq. Bu axmaqlıqdır. Heç avrokuboklarla bağlı islahatların da düzgün olduğunu söyləmək olmaz”.
- Ruslan Qurbanov: "Futbolda oynaya bilməyəcəyimiz rəqib yoxdur"
- Yon Dal Tomasson: "2-3 futbolçunun fiziki durumu ilə bağlı problemi var"
- "Sumqayıt"ın sabiq baş məşqçisi komandasından ayrılıb
- Premyer Liqa klubunun futbolçusu irqçilikdə günahlandırılıb
- Futbol tarixinin ən yaxşı milli komandaları açıqlanıb
0
0