Gökdəniz: “Rusiyada futbolçunu həmişə vururlar”
07.10.2008 - 10:51
Gökdəniz: “Rusiyada futbolçunu həmişə vururlar”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Rusiya Premyer Liqası təsəvvür etmədiyimdən çox sərt imiş. Burada futbolçunu vururlar, özü də həmişə. Ancaq ən çətini odur ki, rəqib yalnız müdafiə futbolu oynayır. Rusiyada belə qapalı komandalar çoxdur”. “APA-Sport”un məlumatına görə, bunu Kazanın “Rubin” klubunun türkiyəli futbolçusu Gökdəniz Karadəniz deyib. Türkiyə Superliqası ilə müqayisədə Rusiya Premyer Liqasında çıxış etməyi ağır hesab edən 28 yaşlı yarımmüdafiəçi burada bütün komandaların səviyyəsinin bərabər olduğunu söyləyib: “Rusiyada hər komanda liderdən xal ala bilər. Türkiyədə isə belə deyil. Vətənimdə autsayderlər Çempionlar Liqasına çıxmağa namizəd olan komandalardan nadir hallarda xal alırlar. Burada qol vurmaq həddindən artıq çətindir. Karyeramın 10 ilini keçirdiyim, doğma şəhərimi təmsil edən “Trabzonspor”un inanılmaz azarkeşləri var. Rusiyada yalnız “Spartak”ın tərəfdarları belədir. Digərləri isə “Trabzonspor”a azarkeşlik edənlərlə müqayisə oluna bilməz”.
0