Kann Klinsmanı “yıxıb-sürüdü”
07.10.2008 - 11:33
Kann Klinsmanı “yıxıb-sürüdü”
Bakı. Mehman Süleymanov - APA-Sport. Almaniyanın əfsanəvi qapıçısı Oliver Kann Münhenin “Bavariya” klubunun baş məşqçisi Yurgen Klinsmanı tənqid edib. “APA-Sport”un məlumatına görə, futbolçu karyerasını bu il başa vuran 39 yaşlı Kan keçmiş komandasının uğursuz çıxışında baş məşqçini günahlandırıb.

14 il “Bavariya”da çıxış edən qapıçı bildirib ki, hər klubun öz fəlsəfəsi var və bu az dəyişilə bilər, daha kəllə-mayallaq yox: “Milan”a gəlib bu komandanın “Real” (Madrid) kimi oynayacağını elan etmək olmaz. Ən maraqlısı isə odur ki, “Bavariya” elə ötən mövsümkü futbolçularla çıxış edir, ancaq nəticəsi belə çox pisdir”.

Kann Klinsmanı əsas heyətdəki dəyişikliklərə görə tənqid edərkən hollandiyalı yarımmüdafiəçi Marko van Bommelin ehtiyata göndərilməsinin düzgün olmadığını söyləyib. Bundan başqa, Oliver çempionatın ilk 7 turunda 13 qol buraxan “Bavariya”nın müdafiəçilərindən narazıdır. Hazırda komandada çıxış edən bəzi futbolçular da baş məşqçinin taktikasından razı deyil. Konkret olaraq braziliyalı yarımmüdafiəçi Ze Roberto Klinsmannın heyətdə apardığı dəyişikliklərə şübhə ilə yanaşır.
0