Finlandiyalı yarımmüdafiəçi: “Azərbaycan asan rəqib deyil”
07.10.2008 - 11:33
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Azərbaycan istənilən yığma üçün qorxulu rəqib ola bilər”. “APA-Sport”un məlumatına görə, bu sözləri Finlandiya milli komandasının yarımmüdafiəçisi Berat Sadik deyib. Oktyabrın 11-də dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının rəqibi olacaq skandinaviyalıların 22 yaşlı futbolçusu arxayınlaşmamağı zəruri sayır: “Azərbaycanı asan rəqib saymaq qətiyyən düzgün deyil. Çox intizamlı təsir bağışlayan rəqibimiz son iki qarşılaşmada millimizə çətin anlar yaşada bilib. Lakin buna baxmayaraq, bizim bir hədəfimiz var. Öz meydanımızdakı oyunda üç xal qazanmalıyıq”.
Qeyd edək ki, Almaniyanın “Arminiya” klubunda çıxış edən Sadik Finlandiya millisinin heyətində 2 oyun keçirib.
Qeyd edək ki, Almaniyanın “Arminiya” klubunda çıxış edən Sadik Finlandiya millisinin heyətində 2 oyun keçirib.
- Ruslan Qurbanov: "Futbolda oynaya bilməyəcəyimiz rəqib yoxdur"
- Yon Dal Tomasson: "2-3 futbolçunun fiziki durumu ilə bağlı problemi var"
- "Sumqayıt"ın sabiq baş məşqçisi komandasından ayrılıb
- Premyer Liqa klubunun futbolçusu irqçilikdə günahlandırılıb
- Futbol tarixinin ən yaxşı milli komandaları açıqlanıb
0
0