Altıntop: “Onun zamana ehtiyacı var”
07.10.2008 - 12:01
Bakı - APA-Sport. “Keçirəcəyimiz hər iki oyunda qalib gəlmək istəyirik. Bu görüşləri itkisiz başa vursaq qrupda liderliyə yüksələ bilərik”. “APA-Sport”un məlumatına görə, bu sözləri Türkiyə yığmasının hücumçusu Xəlil Altıntop söyləyib.
Dünya çempionatının seçmə mərhələ oyunlarına ciddi hazırlaşdıqlarını bildirən Xəlil Türkiyə yığmasının şərəfini qorumaqda tərəddüd edən “Verder”li Məsut Özilin qərarını da şərh edib: “Yəqin onun zamana ehtiyacı var. Məsud Almaniyada anadan olub. Hamının xarakteri eyni ola bilməz. Fikrimcə, o, yaxın zamanda Türkiyə lehinə qərar verəcək”.
Qeyd edək ki, Türkiyə oktyabrın 11-də və 15-də uyğun ardıcıllıqla Bosniya və Herseqovina və Estoniya ilə qarşılaşacaq.

- Ruslan Qurbanov: "Futbolda oynaya bilməyəcəyimiz rəqib yoxdur"
- Yon Dal Tomasson: "2-3 futbolçunun fiziki durumu ilə bağlı problemi var"
- "Sumqayıt"ın sabiq baş məşqçisi komandasından ayrılıb
- Premyer Liqa klubunun futbolçusu irqçilikdə günahlandırılıb
- Futbol tarixinin ən yaxşı milli komandaları açıqlanıb
0
0