AFFA-da Hatəminin yolunu gözləyirlər
07.10.2008 - 12:33
Bakı. Aqşin Əliyev - APA-Sport. AFFA rəhbərliyi “Qəbələ” klubunun iranlı hücumçusu Fərzad Hatəminin milli komandamızda oynayacağına ümidini itirməyib. Assosiasiya rəsmiləri əslən azərbaycanlı futbolçunun yığmamızın formasını geyinməyə razılıq verəcəyinə inanırlar. AFFA-nın baş katibi Elxan Məmmədovun “APA-Sport”a verdiyi məlumata görə, bu məsələ Fərzadın atası Cəlal Hatəmi ilə görüş zamanı müzakirə olunacaq.
Hazırda Tehranda yaşayan Cəlal Hatəmi Bakıya ötən həftə dəvət edilsə də, onun səfəri qeyri-müəyyən səbəbdən baş tutmayıb. Məmmədov bildirib ki, Hatəminin oktyabrın sonlarınadək paytaxtımıza təşrif buyuracağı gözlənilir: “Fərhad Hatəminin atası ilə ayın 10-dək görüşməyi planlaşdırmışdıq. Lakin görüş təxirə salındı. Bu ay ərzində onun Bakıya gələcəyini gözləyirik. Etnik azərbaycanlı olan Fərzadın milli komandamızın formasını geyinməyə razılıq verməsinə çaılışacağıq”.
Qeyd edək ki, yığmamızın baş məşqçisi Berti Foqts Fərzad Hatəmini ilk dəfə 29 sentyabr - 2 oktyabr aralığında keçirilən təlim-məşq toplanışına çağırmışdı. Ancaq 20 yaşlı hücumçu Azərbaycan yığmasında oynamasının İranda pis qarşılanacağını, valideynləri və yaxınlarının qınaq obyektinə çevriləcəyini əsas gətirərək, Foqtsun dəvətini qəbul etməmişdi. Futbolçunun bu qərarı atası ilə məsləhətləşdikdən sonra verdiyi bildirilir.

- Ruslan Qurbanov: "Futbolda oynaya bilməyəcəyimiz rəqib yoxdur"
- Yon Dal Tomasson: "2-3 futbolçunun fiziki durumu ilə bağlı problemi var"
- "Sumqayıt"ın sabiq baş məşqçisi komandasından ayrılıb
- Premyer Liqa klubunun futbolçusu irqçilikdə günahlandırılıb
- Futbol tarixinin ən yaxşı milli komandaları açıqlanıb
0
0