Özbəkistan UEFA-nın üzvü olmaq istəyir
07.10.2008 - 13:12
Özbəkistan UEFA-nın üzvü olmaq istəyir
Bakı. Mehman Süleymanov - APA-Sport. Özbəkistan Futbol Federasiyası (ÖFF) UEFA-ya üzv olunmaq fikrindədir. “APA-Sport”un məlumatına görə, bununla bağlı açıqlama verən ÖFF-nın Miarbror Usmanov qərarlarını milli komanda ilə əlaqələndirib. Onun sözlərinə görə, yığmaları Asiyadan fərqli, Avropada çoxlu güclü komandalarla oynamalıdır və bu, UEFA-ya üzv olacaqları halda reallaşacaq: “Özbəkistan yığmasına dünya çempionatının final mərhələsinə çıxıb, böyük hesabla uduzmaq mənasızdır. Əgər milli komandamız Avropa zonasında seçmə mərhələ oyunlarında final vəsiqə qazana bilsə, dünya çempionatında üzümüzü qara etməyəcəklər”.

Hazırda Asiya Futbol Konfederasiyasının (AFK) üzvü olan ÖFF vaxtilə UEFA-nın üzvü olmaq imkanı olub. Belə ki, 1992-ci ildə SSRİ dağıldıqdan sonra bu ölkəyə də Avropa futbol qurumuna tərkibinə daxil olmaq təklif olunub. Ancaq buna mənfi cavab verildiyindən, ÖFF AFK-ya üzvü olub. Orta Asiya Respublikalarından 2002-ci ildə UEFA-ya üzv qəbul olunan Qazaxıstanın Özbəkistandan fərqli, ərazisinin bir hissəsi Avropa sayılır.

Qeyd edək ki, Asiya zonasında dünya çempionatının final mərhələsinə çıxmaq uğrunda üç dəfə mübarizə aparan Özbəkistan indiyə kimi heç vaxt istəyinə çatmayıb. Hazırda komanda öz qrupunda sonuncu yeri tutur.
0