AFFA Böyükağa Hacıyevi cəzalandırıb
07.10.2008 - 14:15
AFFA Böyükağa Hacıyevi cəzalandırıb
Bakı. Mehman Süleymanov - APA-Sport. AFFA “Araz” futzal klubunun baş məşqçisi Böyükağa Hacıyevi cəzalandırıb. “APA-Sport”un məlumatına görə, bununla bağlı qərar Nizam-İntizam Komitəsinin bu gün keçirilən iclasında qəbul olunub. Hacıyev “Ekol” ilə oyunun 36-cı dəqiqəsində “texniki zona”nı pozduğu üçün bir oyunluq kənarlaşdırılıb, klub isə 100 manat məbləğində cərimələnib. Onun futboldakı ukraynalı həmkarı Vladimir Figel də “texniki zona”nı pozduğu üçün bir oyunluq kənarlaşdırılıb. Futzaldan fərqli, futbolda cərimənin məbləği böyük olduğundan, “Simurq” ukraynalı çalışdırıcısına görə 2000 manat xərcə düşüb.
0