Rəqibləri “Qalatasaray” haqda
07.10.2008 - 17:00
Rəqibləri “Qalatasaray” haqda
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Qrupumuzda yer alan komandaları təxminən bərabər səviyyəli adlandırmaq olar. Yalnız “Qalatasaray” və “Olimpiakos”u nisbətən fərqləndirmək olar”. “APA-Sport”un məlumatına görə, bu sözləri Ukraynanın “Metallist” klubunun futbolçusu Marko Deviç deyib. UEFA kubokunun qrup mərhələsində Türkiyənin “Qalatasaray” klubuna rəqib olan xarkovluların legioneri daha güclü rəqib arzusunda olub: “Açığını deyim ki, “Milan”a qarşı oynamaq imkanımızın olmasını istəyirdim. Alınmadı. Əvəzində bu qrupdan çıxmaq şanslarımız pis deyil”.

UEFA kubokunun birinci mərhələsində digər Türkiyə təmsilçisi “Beşiktaş”ı mübarizədən kənarlaşdıran Xarkov təmsilçisinin baş məşqçisi Miron Markoviç isə rəqiblərə daha yaxşı bələd olmaq istədiyini bildirib: “Qrupumuzda aşkar lider yoxdur. “Olimpiakos” Yunanıstan çempionatının lideridir. “Qalatasaray” Türkiyə çempionatında orta sıralarda qərarlaşsa da ölkənin ən güclü klublarındandır. Elə “Benfika” ilə “Herta” haqda da eyni sözləri demək olar. Amma bu komandalar haqda müfəssəl məlumata malik olmaq üçün onların oyunlarını izləmək vacibdir. Biz isə belə komandalarla layiqli oyun göstərməliyik”.
0