Bir qələbəyə görə 8300 manat mükafat
07.10.2008 - 17:14
Bakı - APA-Sport. “Fənərbaxça” üzərində qazanılan böyük hesablı qələbə münasibətilə “Kayserispor” futbolçularına pul mükafatı veriləcək. “APA-Sport”un məlumatına görə, bunu komandanın prezidenti Recep Mamur deyib.
Prezident bildirib ki, komandanın hər üzvünə 12 min türk lirəsi (təxminən 8300 manat) mükafat təqdim olunacaq: “Fənərbaxça” pis oynadığı üçün deyil, biz yaxşı təsir bağışladığımızdan rəqib qapısına 4 qol vurduq. Buna görə də hər futbolçumuza 12 min lirə qonorar verəcəyik”.
Qeyd edək ki, “Kayserispor” oktyabrın 5-də İstanbulun “Şükrü Saracoğlu” stadionunda “Fənərbaxça”ya 4:1 hesabı ilə qalib gəlib.

- Ruslan Qurbanov: "Futbolda oynaya bilməyəcəyimiz rəqib yoxdur"
- Yon Dal Tomasson: "2-3 futbolçunun fiziki durumu ilə bağlı problemi var"
- "Sumqayıt"ın sabiq baş məşqçisi komandasından ayrılıb
- Premyer Liqa klubunun futbolçusu irqçilikdə günahlandırılıb
- Futbol tarixinin ən yaxşı milli komandaları açıqlanıb
0
0