Azərbaycan yığmasının futbolçusu İstanbulda əməliyyat olunub
07.10.2008 - 18:15
Azərbaycan yığmasının futbolçusu İstanbulda əməliyyat olunub
Bakı. Mehman Süleymanov – APA-Sport. “Bakı” klubunun və Azərbaycan milli komandasının yarımmüdafiəçisi Fabio Luis Ramim bu gün Türkiyədə cərrahiyə əməliyyatı olunub. “APA-Sport”un məlumatına görə, 26 yaşlı braziliyalı futbolçunun İstanbulda “Acıbadəm” xəstəxanasında diz nahiyəsində aparılan cərrahiyyə müdaxilə uğurla keçib. Əməliyyatın nəticəsinə əsasən, Fabio iki həftədən sonra məşqlərə başlayacağı diaqnoz qoyulub.
Qeyd edək ki, Ramim zədəyə görə milli komandamızın Finlandiya yığması ilə qarşıdakı rəsmi oyununa çağırılmayıb.
0