Daha bir futbolçu Finlandiya yığmasına çağırılıb
08.10.2008 - 10:46
Daha bir futbolçu Finlandiya yığmasına çağırılıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan milli komandasının rəqibi olan Finlandiya yığmasının heyətində dəyişiklik olub. “APA-Sport”un məlumatına görə, skandinaviyalıların baş məşqçisi Stüart Bekster 32 yaşlı Antti Pohyanı da komandaya çağırıb. Finlandiyanın “Tampere Yunayted” klubunda çıxış edən yarımmüdafiəçi 1996-cı ildən milliyə dəvət olunsa da 12 il ərzində cəmi 21 matça çıxıb və 2 qol vurub. Yığmamızla əvvəlki oyunlarda da heyətə cəlb olunan Pohya həmin qarşılaşmaların heç birində meydana çıxmayıb.
Qeyd edək ki, dünya çempionatının seçmə mərhələsində keçiriləcək Finlandiya – Azərbaycan oyunu oktyabrın 11-də Helsinkidə keçiriləcək.
0