FİFA türkiyəli futbolçuya qadağa qoydu
08.10.2008 - 10:59
Bakı - APA-Sport. FİFA “Kayserispor” klubunun futbolçusu Turqay Bahadırın Türkiyə milli komandasında oynamasına icazə verməyib. “APA-Sport”un məlumatına görə, buna 22 yaşlı yarımmüdafiəçinin əvvəllər iki dəfə Avstriyanın gənclərdən ibarət yığmasının heyətində meydana çıxması səbəb olub.
Bu məsələ bir müddət öncə Türkiyə və Avstriya Futbol Federasiyalarının rəhbərlikləri arasında müzakirə olunub. Avstriyalılar Bahadırın vaxtilə bu ölkənin olimpiya yığmasında oynamasına baxmayaraq, indi “ay-ulduzlu” formanı geyinməsinə razılaşıblar. Lakin bütün planları FİFA prezidenti Yozef Blatter pozub. O, Türkiyə Futbol Federasiyasının rəhbəri Mahmut Özgenerlə görüşü zamanı Bahadırın ikinci ölkənin milli komandasında çıxış etməsinin qeyri-mümkünlüyünü bildirib.
Beləliklə, Türkiyə yığmasının heyətində təlim-məşq toplanışına qatılan gənc futbolçu dünən komanda yoldaşları ilə vidalaşaraq, düşərgəni tərk edib. Baş məşqçi Fatih Terim dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində oktyabrın 11-də Bosniya və Herseqovina, bundan 4 gün sonra isə Estoniya ilə görüşlərdə onun xidmətindən yararlana bilməyəcək. Onu da əlavə edək ki, Bahadır ötən həftə “Fənərbaxça” üzərində qazanılan 4:1 hesablı qələbədə bir qol vuraraq, Terimin diqqətini çəkmişdi.

0
0