Terim “Bavariya” və “Tottenhem” klublarından da təklif alıb
10.10.2008 - 10:38
Bakı - APA-Sport. Türkiyə Futbol Federasiyası ilə müqaviləsinin müddətini uzatmayan Fatih Terimin müştərilərinin sayı artır. “APA-Sport”un məlumatına görə, “Qalatasaray”dan sonra iki əcnəbi klub da 55 yaşlı mütəxəssisə təklif göndərib.
Belə ki, bir neçə gün öncə İtaliyada səfərdə olan Terimlə Almaniyanın “Bavariya” və İngiltərənin “Tottenhem” klublarının menecerləri görüşüblər. Amma türkiyəli mütəxəssis hələ ki, aldığı cəlbedici təkliflərə cavab verməyib.
Cari mövsümdə daxili birinciliklərində uğursuz çıxış edən “Bavariya” və “Tottenhem” klublarının rəhbərliyi vəziyyətdən çıxış yolunu Terimi baş məşqçi postuna gətirməkdə görürlər.

0
0