Ağasəlim Mircavadov milli komandanı çalışdırmaq istəyir - MÜSAHİBƏ FOTOSESSİYA
22.10.2008 - 16:45
Azərbaycan milli komandasının sabiq baş məşqçisi Ağasəlim Mircavadovun “APA-Sport”a müsahibəsi
- Üç aya yaxındır işsizsiniz. Bu müddətdə həyatınızda hansı dəyişiklik olub?
- Biz məşqçilərin pis cəhəti istirahət etməməyidir. SSRİ dövründə məşqçiləri güclə məzuniyyətə yollayıb, hətta onlara “putyovka” da verdirdilər. Əcnəbi çalışdırıcılar fasilə müddətində vətənlərinə getdiyi halda, biz yayda çempionat qurtarandan sonra da başlayırıq oyunçu axtarmağa. Buna görə də il ərzində istirahət üçün 20-25 gün vaxt olur. Son 4 ildə “Neftçi” və “Xəzər-Lənkəran”da işlədiyim dövrdə orqanizmimə ağrılar, əsəblər yığılmışdı. Bunun da sonrası pis olur.
- Azərbaycan futbolu kənardan necə görünür?
- Çempionatda çox az, cəmi 3-4 oyuna baxmışam.
- Niyə?
- Səhhətimlə bağlı. Dəniz kənarında istirahət edirdim, bütün stresslərim çıxdı. Çempionat başlayanda isə maraq olmadı. Yalnız yığmanın 1-2 oyununu izləmişəm.
- Bəlkə futbola marağınızın azalıb?
- Yox, maraq həmişə var. Azərbaycan çempionatına baxmasam da, İngiltərə Premyer Liqasını izləyirəm. Çünki oradan nəsə götürüb öyrənmək olar.
- Azərbaycan Premyer Liqasının səviyyəsi haqda hansı qənaətə gəlmisiniz?
- Əvəzedici komandaların cari mövsümdə oyunlarının keçirilməsi ilə bağlı çox düzgün qərar çıxarılıb. Buna görə AFFA rəhbərliyini alqışlayıram. Bunun vacibliyini 10-15 il əvvəldən demişdim. İndi əvəzedicilərin görüşünü əsas komandaların meydançasında keçirmək lazımdır. Amma bizdə meydança yox dərəcəsindədir. Uşaqlar inkişaf etmək üçün yaxşı meydançada oynamalıdırlar. Ancaq legionerlərə qoyulan limitin ləğv olunması səhv fikirdir. Limit mütləq olmalı və bununla yanaşı, yerli futbolçulara çox fikir verilməlidir.
- Doğrudanmı, işsiz qaldığınız bu müddətdə sizin kimi tanınan mütəxəssisə təkliflər olmayıb?
- Uzaqda olmuşam, mobil telefonum da bağlı. Bağda istirahət edib, ilk növbədə səhhətimə fikir vermişəm. Çünki səhhət pis olanda, iş də olmur. Rusiyada mövsüm sona çatıb. Tanışlarımın olduğu Baltikyani ölkələrdə də vəziyyət belədir. Bizdə isə mövsüm yeni başlayıb. Təkliflər əsasən qışda ola bilər.
- 61 yaşınız olsa da, indiyədək ölkədən kənarda çalışmamısınız. Bu, Azərbaycana bağlılığınızdan irəli gəlir, yoxsa xaricdə işləməyə həvəsiniz yoxdur?
- 1982-ci ildə Moskvada Ali Məşqçilər Məktəbini bitirdiyim zaman Yuri Syomin mənə birgə işləməyi təklif etdi. O, həmin vaxt “Kuban”da idi, sonradan “Lokomotiv”ə gəldi. Ancaq mən Əhməd Ələsgərovun dəvətinə üstünlük verərək, “Neftçi”yə gəldim. 1985-ci ildə “Neftçi” ilə Moskvada keçid turnirdə qarşılaşdığımız “Pamir”in baş məşqçisi də mənə birgə işləməyi təklif etmişdi. Onu da Moskvada oxuduğum dövrdən tanıyırdım. Bilirsiniz, SSRİ dövründə hər bir şəxs öz doğma torpağında çalışmaq istəyirdi. SSRİ dağılandan sonra isə hər kəs öz hayında idi. 5 il “Qarabağ”da vuruşa-vuruşa çalışdım. Həmin dövrdə dəvət olsaydı belə, müharibə şəraitində olan Ağdamı tərk etməzdim. Axı niyə belə bir klubdan, adı böyük olan Ağdamdan getməli idim?
Biz hər yerdən məşqçi gətirə bilərik. Ancaq əcnəbilər dəvət etmək istədikləri mütəxəssisin avtobioqrafiyasını diqqətlə izləyir, onun necə insan olduğunu, ölkə üçün xeyir verə biləcəyini müəyyənləşdirirlər. Budur əsas məsələ! Xaricdən gələn məşqçi Azərbaycanın futbol ənənələrini tez öyrənməli, onu qəbul etməlidir. Bir də dilimizi az da olsa öyrənməlidir. Necə ki, Fatih Terim İtaliyada 25-26 gün işlədikdən sonra oradakıları italyanca salamladı və bununla da alicənab olduğunu göstərdi. Amma bizdə bir qrup ingiliscə danışır, bir qrup rusca, 3-4 nəfər azərbaycanlı da qalır ortada. Axı, belə olmamalıdır. Azərbaycana gələn əcnəbi mütəxəssis niyə bizim dili öyrənməməlidir? Hər halda o, Azərbaycan futbolunun imicini qaldırmağa gəlib. Ola bilər ki, futbolumuz aşağı səviyyədədir, amma imicimizi qorumalıyıq.
“Neftçi”nin 1966-cı ildə SSRİ çempionatının bürünc medalını qazanması, Arif Əsədov, Vladislav Qədirov, Vyaçeslav Lemiş, Tərlan Əhmədov, Aleksey Mixaylevskinin Avropa, İqor Ponomaryovun olimpiya çempionu olması elə-belə şey deyil. O vaxt “Neftçi”nin futbolçularının SSRİ yığmasına düşməsi üçün xeyli əziyyət çəkmişdim. İqor Ponomaryovun, Yunis Hüseynovun olimpiya yığmasına cəlb olunması üçün düz iki dəfə Moskvaya getdim, Anatoli Bışovetslə üzbəüz söhbət etdim. SSRİ yığmasında rus, ukraynalıların çoxluq təşkil etdiyi halda, Azərbaycandan bir oyunçunun düşməsi böyük qələbə idi.
- Bəs Yunisi SSRİ-nin olimpiya yığmasına niyə götürmədilər?
- Orada deyiləsi olmayan söhbətlər var idi.
- Yeri gəlmişkən, “Zenit” klubunun veteran futbolçusu Sergey Dmitriyev bir müddət əvvəl Rusiya mətbuatına müsahibəsində bildirib ki, Ponomaryov Seul Olimpiadasına tanışlıqla aparılıb...
- Yalan deyir. Dmitriyev zəif oyununa görə heyətdən kənarda qalmışdı. Digər tərəfdən Dmitriyev hücumçu, Ponomaryov isə orta sahə oyunçusu idi. Yəni, onlar fərqli mövqelərdə çıxış edən futbolçulardır.
- Azərbaycanda çalışan əcnəbi məşqçilər arasında kimdən razı deyilsiniz?
- Bu klub rəhbərlərinə aid olan məsələdir. Lap görsəm ki, əcnəbi həmkarlarımda qüsurlar var onu heç vaxt mətbuata açıqlamaram. Sözümü həmin məşqçinin üzünə deyərəm. Hələ SSRİ dövründə məşqçilərin bir-birinə dəstək olması, səhvləri olsa da bir-birlərinin tərəfini tutması qanun idi. O vaxt ildə iki dəfə keçirilən Məşqçilər Şurasının iclasları da həmrəyliyə, səhvləri bir-birinin üzünə deməyə görə keçirilirdi.
1987-ci ildə “Neftçi” baş məşqçisi Aleksandr Sevidov, mən və oğlu Yuri isə onun köməkçiləri idik. İlk dövrədən sonra Sevidovu çıxarıb məni baş məşqçi təyin etdilər. Vyaçeslav Koloskovun otağında keçirilən Məşqçilər Şurasının iclasını Nikita Simonyan aparırdı. Arxada divanda Hacı Hacıyevlə birgə oturmuşdum. Simonyan qabaqda oturmağımı istədi və fikrini “Neftçi” klubunun turnir cədvəlinin aşağı pillələrində yer almasının düzgün olmaması ilə əsaslandırdı. Erməni olsa belə, mənə hörmət edirdi. Həmin toplantıda Konstantin Beskov iclas üzvlərinə “Mircavadov təmizdirmi” deyə sual etdi və müsbət cavab aldı. İclasdan sonra Simonyandan bunun səbəbini soruşdum və o mənə vəziyyəti başa saldı. Yəni, Sevidov desəydi ki, Mircavadov ayağımın altını qazıb heç kim mənə salam verməzdi. İndi isə məşqçilər arasında həmin birlik yoxdur, bir-birlərini görmək istəmirlər.
- Çoxlu beynəlxalq oyunlar izləyirsiniz. Doğrudanmı biz futbol oynamağı bacarmırıq?
- Bacarmırıq desək, bir az pis çıxar. Mənim başa düşdüyüm futbol tamam başqadır. Nəticə olmaq üçün ilk növbədə azarkeşlər üçün yaxşı oyun olmalıdır. Bunu mən yox, futbolun, taktikanın dahiləri Mixail Yakuşin, Boris Arkadyev deyib. Xal qazanmaq istəsək də, ilk öncə futbol oynamalıyıq. İki cür müdafiə olunmaq var. Əgər rəqib səni müdafiə olunmağa məcbur edirsə, topla elə rəftar et ki, dalınca düşsün. Allah eləməsin ki, İspaniya, Almaniya, Rusiya yığmasının yaxşı vaxtına düşək. Heç top görmərik, meydanda boş-boşuna ora-bura qaçarıq. Çünki bu yığmalar rəqibi yorandan sonra nə istədiyini edirlər. Elə özüm oynadığım dövrdə də topsuz məşq olanda ağzımızı büzürdük. Ancaq elə ki, topu ortaya atırdılar psixologiya dərhal dəyişirdi. Yəni, sözümün canı odur ki, bura gələn əcnəbilər Qafqaz psixologiyasını, adət-ənənələrimizi bilməlidirlər. Yox əgər onlar Azərbaycana başqa amilə görə gəlibsə, özləri bilərlər.
- Axı yaxşı oyun üçün ifaçılar olmalıdır. Belə çıxır ki, bizdə futbolçu yoxdur?
- Olan yaxşıları meydana buraxmaq lazımdır. Fikrimcə, üç orta xətt oyunçusundan biri mütləq yaradıcı olmalıdır. Rusiya yığmasının baş məşqçisi Qus Hiddink yaxşı mütəxəssis olmaqla yanaşı, həm də gözəl psixoloqdur. O, heç kimin ağlına gəlmədiyi halda, seçmə mərhələdə çıxış etməyən Sergey Semakı adət etdiyi oyun qurucusu yox, dayaq yarımmüdafiəçisi kimi sınadı. Avstriyada keçirilən həmin yoxlama oyununda biz orada idik. 1988-ci ildə “Neftçi”də sol cinah yarımmüdafiəçisi kimi çıxış edən Nazim Süleymanovu hücumçuların arxasına, İqor Ponomaryovu isə dayaq yarımmüdafiəçisi mövqeyinə çəkdim. Ponomaryovla bunun üzərində 3 gün çalışdıq. Ona dedim ki, səndə artıq əvvəlki sürət yoxdur, Nazimdə isə bu, var. Bu yerdəyişmə ilə hər iki futbolçu açıldı. Ponomaryovu olimpiya yığmasına götürdülər, Süleymanov isə sonradan Rusiyada uğurlu karyera yaşadı. Yəni, məşqçi daim axtarışda olmalıdır. “Xəzər-Lənkəran”da işlədiyim vaxt Ceyhun Sultanovu pleymeyker kimi oynatdığımdan Mahmud Qurbanovu dayaq yarımmüdafiəçisi mövqeyinə çəkdim. Mahmud əvvəlcə narazılıq edirdi. Ona başa saldım ki, belə yerdəyişmə faydalı olacaq, dünyagörüşün daha da artacaq.
- Hər halda, Berti Foqts təcrübəli məşqçidir. Belə çıxır ki, ya o futbolçularımızı tanımır, ya da futbolçularımızda belə potensial yoxdur?
- Potensial hamıda var. Vidadi Rzayev 37 yaşında bir hissə ideal oynayırdı.
- Axı Vidadi və onun kimi təcrübəli oyunçular Sovet futbol məktəbinin yetirməsidir...
- Mən bunu başa düşürəm. Niyə ingilislər 30-32 yaşlı futbolçu ilə 5 illik müqaviləyə bağlayır? Bu sualı özümə vermişəm və cavabını da tapmışam. Yəni, həmin yaşda futbolçu hər şey görüb və gənclər onun yanında oynamaqla, çox şey öyrənə bilərlər. Foqts gərək çempionatımızda çox oyuna baxsın. Bakıda iki oyuna baxmaqla seçim etmək olmaz. Niyə Fabio Kapello İngiltərədə, Qus Hiddink Rusiyada zəif komandaların da oyunlarına baxır? Foqtsa məsləhət verə bilmərəm və buna ixtiyarım da yoxdur. Sadəcə arzu edirəm ki, yığmamızın baş məşqçisi çox oyuna baxsın, gənc futbolçularımız korlanmasınlar. 4 il öncə braziliyalı Karlos Alberto Torres yığmamızda baş məşqçi işləyərkən gəncləri meydana buraxdı. Onlar da çaşdılar, fikirləşdilər ki, bununla da iş bitdi. Hanı indi həmin gənc oyunçular?
- Sizcə, niyə belə oldu?
- Torres həmin gənclərə avans verdi. Ancaq bilmədi ki, azərbaycanlı gənc oyunçularla braziliyalılar arasında psixologiya baxımından fərq böyükdür. Mən “Xəzər-Lənkəran”a gələn, sonradan “Masallı”ya keçən braziliyalı futbolçu Osmar Siqueyra ilə çox söhbət etdim. Həmin vaxt heç 17 yaşı tamam olmayan bu oyunçunu yığmamıza vermək istəyirdim. Osmar dedi ki, bura Azərbaycanın yox, Braziliya yığmasına düşmək, təcrübə toplamaq üçün gəlib. Bundan sonra ona nə deyə biləsən?
Bilirsiniz, ən pis cəhət nədir? Müsəlman çaşanda onu saxlamaq ağır olur, özünü itirir. Futbolçu çox pul qazananda çaşmamalıdır. Çaşanlara Hacı Zeynalabdin Tağıyevi misal göstərirdim. Tağıyev hirslənəndə faytonuna minim evinə gedərmiş. İkinci mərtəbəyə çıxıb şifoneri açaraq daş kəsdiyi külüngünə və paltarına baxırdı. Yəni, keçmişini yada saldıqdan sonra tez sakitləşib, özünə gəlirmiş.
- Hazırda yerli futbolçuların qazancı ilə futbolumuzun səviyyəsini uyğun gəlirmi?
- Futbolçuların qiyməti süni şəkildə artdı. Mən əvvəl bundan narazı olsam da, sonradan başqa fikirdə oldum. Hətta komandamızda elə futbolçular var idi ki, məndən də çox qazanırdı. Bu qiymət artımı bir müddət üçün labüd idi. Pul azalandan sonra həm qiymət artımı, həm də futbolçu öz yerini tutacaq. Oyunçulara həmişə demişəm ki, 90 dəqiqədə mərdi-mərdanə oynamalı, nəyiniz varsa meydanda qoymalısınız. İngilislər 95-ci dəqiqədə elə oynayırlar ki, sanki meydana yenicə çıxıblar. Azarkeşlər də buna görə onlara əl çalırlar. Amma bizimkilər 50-ci dəqiqədən sonra oynamırlar. Onda belə çıxır ki, futbolçularımız 90 yox, elə 50 dəqiqənin pulunu almalıdır. “Xəzər-Lənkəran”da işlədiyim vaxt tez-tez Bakıda “Kayzer” otelində qalırdıq. Orada trenajor zalında “Olimpik”in braziliyalı futbolçularının məşq etdiyinin şahidi olurdum. Amma azərbaycanlı futbolçuları istirahət müddətində orada məşq etdiyini görmədim. Görəndə də bunlar öz komandamdakı yerli uşaqlar idi. Söhbət tək məndən getmir. Sizə açıq deyim ki, mən tək heç nəyəm. Həmişə məşqçilər korpusuna güvənmişəm. Baş məşqçi köməkçisinə, o da futbolçuya nəyin üzərində işləmək olduğunu deməlidir.
Bizimkilərdə tənbəllik var. İki saatlıq məşqlə futbolçu olmaq mümkün deyil. Pul adamı korlayır. Futbolçu da pul çox verən kluba gedir. Elə futbolçu var ki, 5 ildə 4 klubda oynayıb. Klub rəhbərləri niyə belə olduğunu təhlil etməlidirlər. Lazım gələrsə, digər klubla əlaqə saxlayıb, götürmək istədiyi futbolçu ilə bağlı məsləhətləşə bilər. Vaxt gələcək, hər şey öz yerini tutacaq.
- Təbii ki, təcrübəli mütəxəssis kimi 90 dəqiqə ərzində nə baş verdiyini “oxuya” bilirsiniz. Futbolçunun oyunu satması halları ilə rastlaşmısınız?
- Səmimi deyirəm ki, işlədiyim vaxtda lap hansısa futbolçu oyunu veribsə, buna inanmamışam. Ancaq sonradan belə şeyin olduğunu eşitmişəm.
- Axı, hər kəs sizin kimi düşünmür.
- Başa düşürəm. Ola bilər ki, futbolçuya kənardan artıq pul verilsin, ancaq bu halal pul deyil axı. Həmin pulun xeyrini görməyəcək. Heç pis günündə də istifadə də bilməyəcək. Həmin pul ya itəcək, ya yanacaq. Dünyada da belə hallar var, amma bunun əvəzinə stimullaşdırmadan istifadə etmək olar. Necə ki, SSRİ dövründə digər komandaya zəng edilib, mükafat vəd olunurdu. Amma oyunu satmaq... Belə mənfi hallarda isə ölkəyə gələn legionerlərin də rolu olub. Həmişə Rusiya, Belarus, Baltikyanı ölkələrdən gələn əcnəbi futbolçulara üstünlük vermişəm. Çünki onlarla işləmək asandır. Ancaq insan çiy süd əmib və hər şey ola bilər.
- Milli komandada forma geyinən legionerlərin çıxışı sizi qane edirmi? Branimir Subaşiçin hərəkətləri gələcəkdə yığmada ab-havaya mənfi təsir göstərə bilərmi?
- Yığmada milliləşən legionerlərin əleyhinə olmuşam. Əgər gənc bir legioneri yığmaya cəlb etmək istəyiriksə, ailəsini də buraya gətirək, iş verək, qoy Azərbaycanda qalsın. Amma belə olmayanda vəziyyət fərqli olur. Legionerlər üçün Azərbaycan Avropaya bir pəncərədir. İstəyirlər ki, onları beynəlxalq miqyasda görsünlər. Serbiyada o qədər Branimir Subaşiçlər var ki. Subaşiç “Neftçi”də əla oynadı, yığmamızda uğurla çıxış etdi. Bu da onunla nəticələndi ki, Branimir hər adamın düşə bilmədiyi “Srvena Zvezda” kimi möhtəşəm klubun diqqətini cəlb etdi.
- Ölkəmizə gələn legionerlər sonradan niyə əvvəlki oyunu göstərmirlər?
- Subaşiçi o vaxt “Neftçi”yə bir oyununa baxıb gətirmişdim. Branimir ilk 3 ayda pis oynadı. Oturtdum yanımda, maaşını da kəsdim. Yanvarda “Birlik kuboku” oyunları qabağı hərəkətə gəldi. “Neftiçi”də ilk qolunu da həmin turnirdə vurdu. Subaşiçə dedim ki, oynasan pulunu alacaqsan, oynaman yox. Legionerlər bura məni istəyib gəlmirlər ki. Pula gəlirlər. Deməli, legionerin yaxşı oynaması üçün müqaviləyə bir əlavə etmək olar. Legionerlərin bizimkilərlə eyni səviyyəyə düşməsi klub rəhbərlərinin işə münasibətindən asılıdır. Bax, pul belə şeylərdə həll edilir. Futbolçunun pulunu azalt, gör necə işləyir. Ona görə də həmişə deyirdim ki, komandada 24-25 oyunçu olmalıdır. Baxıram bizim “İnter”ə, 30-dan çox futbolçusu var. Baş məşqçi də seçim geniş olduğundan istədiyini edir. Amma bir şey də var ki, o gün bir oyunda “İnter”in heyətinə baxım, 11 futbolçudan cəmi 3 yerli idi.
- Elə Foqts da yığma üzvlərinin öz klublarında az oynadıqlarından narazılıq edir...
- Foqtsla razıyam. Yığma üzvünün oyun praktikası olmalıdır. Bizdə ən pis cəhət odur ki, mövsüm ərzində az oyun keçiririk. Əslində isə mövsümdə 50-58 oyun lazımdır. Özü də bunların 80%-i gərgin matçlar olmalıdır, daha elə-belə yox. Yəni, elə bir oyun olmalıdır ki, futbolçu meydanda ən azı 3-4 kq çəki atsın. Bax onda nəsə olar. Bizə isə 30 oyun keçiririk, onun da çoxu yüngül olur. Bununla necə inkişaf olar?
- Azərbaycanda futbolçularla işləmək çoxmu çətindir? Ərköyünlük, nizam-intizam baxımından çox problemlər olur?
- Çətinlik odur ki, onları başa salmalısan. Görəndə ki, cızığından çıxır, onda cərimə məcəlləsini mütləq tətbiq etməlisən. Özü də elə-belə yox, yüksək məbləğdə. Onda elə yaxşı başa düşəcəklər ki.
- Milli komandamız əvvəllər böyük hesabla uduzurdusa, indi hər oyunda bir qol buraxır. Demək olarmı ki, Foqts bizə müdafiə olunmağı öyrədir?
- Baxın görün, qapıçımız Kamran Ağayev Uels və Finlandiya ilə oyunlarında nə qədər top çıxarıb. Qazaxıstanın səfərdə İngiltərəyə 1:5 hesabı ilə uduzduğu oyunu iki dəfə izləmişəm. Qazaxların qapıçısı ilk hissədə yerə yıxılıb top çıxartmadı. Bax, mən elə müdafiə olunmaq, elə oyun istəyirəm. İngilislər qazaxları oyundan sonra alqışladılar. Mən də istəyirəm ki, İngiltərədə Azərbaycanın oyununa belə münasibət göstərsinlər. Yoxsa biz oturmuşuq dalda, topu vururuq qabağa, hər futbolçunun ayağının altına yıxılırıq. Əvvəllər 0:5 hesabı ilə uduzsaq da, iki qol epizodu olurdu, sadəcə ondan istifadə edə bilmirdik. Amma indi 0:1 uduzsam da, heç hücum edə bilmirik. Foqts ağıllı məşqçidir, mən ona bir söz demirəm. Vaxtilə Almaniya yığmasını Avropa çempionu edib. Ancaq məsələ bundadır ki, o, futbolun inkişafı ilə bağlı proqramını təqdim etmədi, bu mətbuatda müzakirə olunmalı, mərhələ-mərhələ izah olunmalıdır.
- Bəs siz hansı ölkədən məşqçi gətirilməsini istərdiniz?
- Mən yerlilərə güvənirəm. Başqa ölkədən axtarsaq, 20 il də itirmiş olacağıq. Belə baxanda, 2001-ci ilə qədər futbolda aclıq dövrünü keçirmişik. 1994-95-ci illərdə çalışdırdığım milli komanda Trabzonda yox, Bakıda oynasaydı, mən də 3-4 qələbə, 10-12 xal qazanardım. Bura gələn əcnəbilər yaxşı mənada iz qoyub getməlidirlər. Torres isə yığmada işləyən vaxt Respublika Stadionunda 1-2 oyuna baxıb vətəninə gedirdi.
- Yenidən milli komanda baş məşqçi olmaq istərdiniz?
- Desəm ki, istəmirəm, deyəcəklər işin ağırlığından çəkindi. Halbuki, mən heç vaxt işdən qorxmamışam. Hər zaman yığmaya kömək etməyə hazıram. Çünki bu, yığma hamımızın komandasıdır. Sadəcə, mən əcnəbilərin bura köməkçi kimi çoxlu sayda həmyerlilərinin gətirməsinin əleyhinəyəm. Özün xoş gəlmisən, ancaq köməkçilər yerli olsun. Kapello, Hiddink, Araqones buna bariz nümunədir.

0
0