“Qarabağ”ın maraqlandığı futbolçu “Anji”yə keçir
16.06.2010 - 18:07
“Qarabağ” klubu maraqlandığı müdafiəçini əldən çıxarmaq üzrədir. Apasport.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov sərəncamında görmək istədiyi Plovdiv “Lokomotiv”inin futbolçusu Kiril Kotev karyerasını “Anji”də davam etdirməyə yaxındır. Almaniyaya yollanmaq şansı da olan bolqar futbolçunun Dağıstan komandasına keçidində maliyyə məsələləri mühüm rol oynayıb. Həmkarlarımızın yazdığına görə, futbolçunun tibbi müayinədən keçməsi və rəsmi müqaviləyə imza atması qalıb.
Qeyd edək ki, Kiril Kotev iyunun 19-dək transfer məsələsini həll etməsə “Lokomotiv”in düşərgəsinə qayıtmalıdır.
Qeyd edək ki, Kiril Kotev iyunun 19-dək transfer məsələsini həll etməsə “Lokomotiv”in düşərgəsinə qayıtmalıdır.
- Cənubi Koreyada DÇ fiaskosuna dövlət müdaxiləsi - Prezident araşdırma tələb etdi
- “Qalatasaray” Sançez üçün "qapını açdı" - Təklif gələrsə, satıla bilər
- Qrupda qaldılar: Cənubi Koreyanın baş məşqçisi istefa verdi
- “Çelsi”dən sürpriz transfer həmləsi: LONDONA QAYIDIR
- “Liverpul” Kyezanı satır: Qiyməti müəyyənləşdi
0
0