Vaqif Cavadov tək çalışır
17.06.2010 - 17:12
Azərbaycan yığmasının və Hollandiyanın "Tvente" klubunun hücumçusu Vaqif Cavadov tək qalıb. Apasport.az saytının məlumatına görə, 21 yaşlı futbolçu fərdi məşq etməklə təsəlli tapır.
Cavadov Bakıda yerləşən "Hyatt Park" otelinin idman mərkəzində fərdi planda hazırlıq keçir. Vaqif milli komandamızın baş məşqçisi Berti Foqtsun məsləhətinə uyğun olaraq, əzələsini gücləndirməklə məşğuldur. O, iyunun 20-də Hollandiyaya yollanaraq, "Tvente"nin məşqlərinə qoşulacaq. Məhz bundan sonra zədəli Cavadovun Hollandiya çempionunda qalıb-qalmayacağı müəyyənləşəcək. O, hələ də əməliyyatdan sonra “Tvente”nin əsas komandasında debüt etməyib.
Qeyd edək ki, Vaqifin qışda “Qarabağ”dan transfer olduğu Enshede təmsilçisi ilə 3 illik müqaviləsi var.

- Estakio qələbə qolunu vurdu: Matçın ən yaxşısı seçildi
- Diomande qərarını verdi - PSJ-yə keçmək istəyir
- Levandovski MLS-ə gedir - “Çikaqo Fayr”la razılaşdı
- Cənubi Koreyada DÇ fiaskosuna dövlət müdaxiləsi - Prezident araşdırma tələb etdi
- “Qalatasaray” Sançez üçün "qapını açdı" - Təklif gələrsə, satıla bilər
0
0