“Dinamo”: Biz “Xəzər-Lənkəran”la yox, “Olimpiya” ilə oynamaq istəyirik
22.06.2010 - 12:59
“Mən “Olimpiya” ilə qarşılaşmaq istəyirəm. Amma bunun üçün Moldova təmsilçisinin “Xəzər-Lənkəran” səddini keçməsi lazımdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rumıniyanın “Dinamo” klubunun baş məşqçisi İoan Andone deyib.
Avropa Liqasının II təsnifat mərhələsində “Olimpiya” – “Xəzər-Lənkəran” cütünün qalibi ilə qarşılaşacaq Buxarest təmsilçisinin çalışdırıcısı moldovalılara azarkeşlik edəcək. Andone Moldova mətbuatına açıqlamasında I təsnifat mərhələsinin qarşılaşması haqda fikirlərini bildirib: “Azərbaycanda futbolçulara yüksək məbləğ, bir illik müqavilə üçün 500 min avro ödəyirlər. Həm də bu ölkə Rumıniyadan uzaqda yerləşir. Orada qeyri-əlverişli hava şəraiti var. İstəyirəm ki, “Olimpiya” cütün qalibi olsun və biz Moldova təmsilçisi ilə qarşılaşaq”.
Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları iyulun 1-i və 8-də, II təsnifat mərhələsi isə 15-i və 22-də keçiriləcək.

- “Napoli” Premyer Liqa klublarına "yox" dedi
- Vinisius irqçiliklə mübarizəsindən danışdı - “Qardaşımın bunu yaşamasını istəmirəm”
- Ronaldodan Mbappeyə tərif: "Mənə öz dövrümü xatırladır"
- Moriyasu Braziliyaya meydan oxudu - “Onları keçmək istəyirik”
- Estakio qələbə qolunu vurdu: Matçın ən yaxşısı seçildi
0
0