Mahir Şükürov 4 futbolçudan biri oldu
05.07.2010 - 11:06
Azərbaycan yığmasının futbolçusu Mahir Şükürovun Rusiya Premyer Liqasında növbəti oyunu 5 balla qiymətləndirilib. Apasport.az saytının məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi qışdan şərəfini qoruduğu “Anji”nin heyətində XI turdan təxirə salınan görüşdə ölkə çempionu, UEFA kuboku və Superkubokunun qalibi “Zenit”ə qarşı 90 dəqiqə oynayıb. Matçın sonlarında zədələnərək, əvəzlənən Mahir komandasının 1:2 hesablı məğlubiyyətinə üzülüb. Əslində, Şükürova verilən 5 val yaxşı qiymət sayılsa da, həmin oyun üçün aşağı hesab olunmalıdır. Çünki rus həmkarlarımız “Anji”də ən aşağı 5 bal verib və həmin 4 futbolçudan biri məhz Mahir olub.
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU
0
0