Yığmamızın baş məşqçisi ehtiyatlı danışdı
04.02.2011 - 00:05
“Sözsüz ki, çətin bir qrupda yer aldıq. Xüsusilə də, İslandiya yığmasını zəif rəqib hesab etmək olmaz. Son dəfə bu komanda Avropanın ən yaxşı 8 komandası arasında yer alıb. Lakin ümumilikdə püşkatmanın nəticəsindən narazı deyiləm”. Apasport.az saytının məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Bernard Lipper deyib.
Almaniyalı mütəxəssis 2013-cü il Avropa çempionatının dünən atılan püşkünə münasibət bildirib. İngiltərə, Belçika, Norveç və İslandiya ilə eyni qrupda yer alan millimizin çalışdırıcı vurğulayıb ki, bu cür güclü komandalara qarşı oyunlarda futbolçulardan çox şey tələb olunacaq: “21 yaşadək futbolçulardan ibarət yığmanın əsas məqsədi milli komandaya oyunçuların yetişdirilməsidir. Hesab edirəm ki, bu cür güclü komandalara qarşı oyunlarda futbolçularımdan çox şey tələb olunacaq və bu, onların inkişafına müsbət təsir göstərəcək. Qrupda neçə xal toplayacağımızı indidən deyə bilmərəm. Çalışacağıq ki, bundan əvvəlki mövsüm topladığımızdan mümkün qədər daha çox xal qazanaq”

- “Komo”dan sonra “Əl-Əhli” – Davinson Sançez üçün yeni "elçi"
- İtaliano həyəcanını gizlətmədi – "Sabah ilk rəsmi oyunumuzdur"
- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
- Zaniolo “Udineze”də qaldı – “Qalatasaray”dan birdəfəlik ayrıldı
- “Qırmızı şeytanlar” maviyə büründü – Yeni səfər forması - FOTO
0
0