“Turan”ın futbolçusu özünə klub tapdı
23.03.2012 - 11:24
“Turan”ın futbolçusu özünə klub tapdı
Tovuzun “Turan” klubunun sabiq futbolçusu Marko Tulio özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, 31 yaşlı braziliyalı yarımmüdafiəçi karyerasını Malayziyada davam etdirəcək. O, bu ölkənin “PBDKT T-Tim” klubuna keçib.

Qeyd edək ki, Marko 2010/11 mövsümündə Azərbaycan Premyer Liqasında 2 oyun keçirmişdi.