“Qəbələ”nin hücumçusu ilə bağlı ziddiyyətli xəbər
28.12.2012 - 17:18
“Qəbələ” klubunun futbolçusu Viktor Mendinin keçmiş komandası Türkiyə “Bucaspor”una dönmək istədiyi barədə xəbərlər yayılıb. Lent.az-ın məlumatına görə, bu barədə “Bucaspor” rəsmisi Sedat Çiftçi “Doğan” agentliyinə açıqlamasında bildirib.
Çiftçi bildirib ki, seneqallı hücumçu Azərbaycanda oynamaqdan məmnun deyil. Mendinin şərtləri uyğun olsa, 31 yaşlı forvard mövsümün ikinci hissəsində “Bucaspor” forması geyinə bilər.
“Qəbələ” klubunun baş meneceri Zaur Əzizov isə Lent.az-a açıqlamasında məlumatı təkzib edib. O, deyib ki, Mendinin hazırkı durumundan narazı olduğuna inanmır: “Viktor “Qəbələ”nin əsas heyət üzvüdür. Indiyədək nə özü, nə də fransalı meneceri bizə onun komandamızdan getmək istədiyini bildiriblər. Bu səbəbdən, Mendi ilə bağlı xəbəri həqiqətə uyğun saymıram”.
Qeyd edək ki, Viktor Mendi “Qəbələ”yə 2011-ci ilin yayında “Bucaspor”dan transfer olub.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0