Böyükağa Hacıyev Moskvaya yollanır
29.12.2012 - 13:49
“Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev Rusiyaya yollanır. Bu haqda apasport.az saytına məlumat verən Hacıyev bildirib ki, Yeni ili Moskvada keçirəcək.
Onun Rusiya paytaxtına səfərində məqsəd isə cərrahiyyə əməliyyatından sonra müayinə olunmaqdır: “Səhhətimlə bağlı hər şey qaydasındadır. Müalicəmin 2-ci mərhələsini Bakıda aldım. Hazırda özümü çox yaxşı hiss edirəm və artıq döyüşlərə hazıram. Allaha çox şükür olsun ki, problem arxada qalıb. Moskvaya müayinə üçün yollanıram. Yeni ili orada qarşılayıb, yanvarın 2-də qayıdacağam. Bu müddətdə hökmən orda müayinədə olmalıyam”.
Qeyd edək ki, Hacıyev bu yay Rusiyada beynindən cərrahiyyə əməliyyatı olunub.
Mehman SÜLEYMANOV

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0