“Xəzər Lənkəran”a gəlmək istəyən qapıçı “klass” göstərdi
29.12.2012 - 16:03
“Bilirəm ki, bu uşaqların yaxınları yoxdur. Ümid edirəm ki, onların sifətinə sevinc və təbəssüm bəxş edəcəyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Zimbru”nun qapıçısı Nikolay Kalança deyib.
“Zimbru”nun futbolçuları Kişinyovdakı uşaq evlərinə baş çəkib. Nikolay Kalança, Dan Spetaru, Sergey Patik və Konstantin Boqdan uşaqları Yeni il münasibətilə təbrik edib, onlara hədiyyələr bağışlayıb.
Daha sonra futbolçular uşaqlara master-klass nümayiş etdirib. Elə kimsəsiz uşaqlar da onlardan geri qalmadıqlarını topla rəftar etməklə göstərməyə çalışıb. Bundan təəccüblənən Kalança belə deyib: “Klub rəhbərliyi ilə danışmaq lazımdır ki, bu uşaqları “Zimbru”ya götürsün”.
Qeyd edək ki, “Xəzər Lənkəran” cari mövsümün gedişində Kalançanı heyətinə qatmaq istəyirdi. Ancaq Yunis Hüseynov klubun moldovalı həkimi Gennadi Kişların məsləhəti ilə baxışa cəlb olunan futbolçunu bəyənməyərək geri göndərmişdi.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0