Karlo Ancelotti: Hamı Lukasın nəyə qadir olduğunu bilir
30.12.2012 - 04:58
“Lukas yaxşı futbolçudur. Həm gənc, həm də çox istedadlıdır. Onun komanda da digər oyunçularla birgə yaxşı çıxış edəcəyini düşünürəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri PSJ-nin baş məşqçisi Karlo Anceletti deyib.
İtaliyalı çalışdırıcı Paris klubunun Dohada baş tutan məşqindən sonra mətbuat konfransı keçirib. O, 20 yaşlı braziliyalı futbolçunun komanda üçün faydalı olacağını vurğulayıb:
“Maura fərqli mövqelərdə oynaya biləcək potensiala malikdir. Həm hücumçu olaraq, həm də yarımmüdafiədə çıxış etməyi bacarır. Onu transfer etmək çox asan olmadı. Çünki hamı Lukasın nəyə qadir olduğunu bilir”.
Qeyd edək ki, PSJ “San-Palo”da çıxış edən Lukas Mauranın transferini yaydan həll edib. Futbolçu Paris təmsilçisinə 45 milyon avroya başa gəlib.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0