“Sneyder Premyer Liqa təmsilçilərindən birinə keçməyi düşünür”
05.01.2013 - 03:37
“İnter”in heyətindən kənarlaşdırılan Uesli Sneyder haqda onun meneceri Soren Lerbi açıqlama verib. Apasport.az saytının məlumatına görə, Lerbi hollandiyalı yarımmüdafiəçinin ingilis klublarının birinə keçəcəyini bildirib.
O, son günlər adı KPR-in gündəminə gələn Sneyder haqda bunları vurğulayıb:
“Uesli nə KPR-ə getmək istəyir, nə də ki, o klubdan ona təklif gəlib. Sneyder Premyer Liqa təmsilçilərindən birinə keçməyi düşünür. Çünki bu çempionat Avropanın ən yaxşı liqalarından biridir. Uesli də ən yaxşı yarımmüdafiəçilərdəndir. O, zədəsini tamam ilə sağaldıb və futbol oymaq istəyir. Buna görə də, “İnter”lə məsələyə aydınlıq gətirmək lazımdır. Hazırda çox maraqlı vəziyyətlə üz-üzəyik. 1 həftə və ya 10 günə hər şey dəqiqləşəcək”.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0