Azərbaycanlı futbolçu Zinəddin Zidanla oynadı
05.01.2013 - 17:07
Rusiya yığmasının əslən azərbaycanlı olan futbolçusu Aleksandr Səmədov yeni ili Dubayda qarşılayıb. Apasport.az saytının məlumatına görə, “Lokomotiv”da forma geyən soydaşımız nəinki Birləşmiş Ərəb Əmirliklərinin, dünyanın ən gözəl şəhərlərindən birində Rusiya Premyer Liqasında birgə iştirakçısı olduğu 15 futbolçu ilə istirahət edib.
Özü də Səmədov burada dünya futbolunun əfsanələrindən olan fransalı Zinəddin Zidanla, habelə hazırda karyeralarını davam etdirən “Bavariya”nın hollandiyalı yarımmüdafiəçisi Aryen Robben və “Milan”ın qanalı oyunçusu Kevin-Prins Boatenqlə görüşmək fürsəti qazanıb. Ən əsası, o, “Dinamo”da keçmiş komanda yoldaşları Andrey Voronin və Denis Kolodinlə birgə Zidanla çimərlikdə voleybol oynamağa imkan tapıb.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0