Falkaonun layiqli əvəzləyicisi
05.01.2013 - 21:54
“Barselona”da çıxış edən David Vilyanın mövsümün sonunda “Atletiko”ya transfer ediləcəyi iddia edilir. Apasport.az saytının “Mundo Deportivo”ya istinad məlumatına görə, İspaniya yığmasının hücumçusunun mövsümün sonunda Madrid təmsilçisindən ayrılacağı ehtimal edilən Radamel Falkaonun yerinə komandaya gətiriləcəyi bildirilir.
Belə ki, kolumbiyalı forvardla hazırda Madrid “Real” ı, “Çelsi” və “Mançester Siti” yaxından maraqlanır. Falkaonun hər hansı kluba keçəcəyi təqdirdə Vilyanın transferi reallaşacaq. Həmçinin “Atletiko” rəhbərliyi David üçün 15 milyon avro xərcləmək niyyətindədir.
Qeyd edək ki, 31 yaşlı futbolçu bu mövsüm “Barselona”nın heyətində zədəli olduğu üçün sadəcə 12 matçda cəmi 454 dəqiqə forma geyinib və rəqib qapılarından 5 qol keçirib.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0