“Qəbələ” Mingəçevirə gedir
07.01.2013 - 12:16
Topaz Premyer Liqasının XVIII turunun “Turan”la matçından sonra istirahətə buraxılan “Qəbələ” hazırlıqlara start verir. Apasport.az saytının məlumatına görə, təlim-məşq prosesinin ilkin mərhələsi Mingəçevirdə baş tutacaq komanda sabah - yanvarın 8-də bu şəhərə yollanacaq.
Toplanışın 1-ci mərhələsi yanvarın 18-ə kimi davam edəcək. Hazırlıq müddətində komanda “Riverside” oteldə məskunlaşacaq. Yanvarın 20-də isə “Qəbələ” Antalyaya yola düşəcək. Hazırlıq prosesinin ikinci mərhələsinə fevralın 3-də yekun vurulacaq.
Bu müddətdə “Qəbələ” qonşu ölkədə 4 yoldaşlıq oyunu keçirəcək. Qarşılaşmalar yanvarın 22, 25, 28-də və fevralın 1-i baş tutacaq. Komanda toplanış müddətində Antalyanın Bələk bölgəsində yerləşən “Gloria Serenity” otelində məskunlaşacaq.
Mənbə: gabalafc.az

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0